Messi “Barselona”da 650-ci qolunu vurdu

10:13 01.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniya La Liqasının 21-ci turunda "Barselona" evdə "Atletik Bilbao"nu qəbul edib.

Hafta.az xəbər verir ki, İspaniya Superkubokunun finalında Bilbao təmsilçisinə uduzan katalonlar bu dəfə rəqibə şans verməyib.

Matçın 20-ci dəqiqəsində Lionel Messinin cərimə zərbəsindən vurduğu mükəmməl qolla "Barselona" önə çıxıb. 49-cu dəqiqədə Jordi Alba öz qapısından top keçirib. Gərgin keçən oyunun 74-cü dəqiqəsində Antonio Qrizman "Barsa"nı yenidən önə çıxarıb. Matç "Barselona"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Aktivinə növbəti 3 xalı yazdıran Kataloniya təmsilçisi "Real Madrid"lə xal fərqini aradan qaldıraraq 40 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib. "Atletik Bilbao" isə 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Lionel Messi “Barselona”nın heyətində 650 qola imza atıb.